Skip to main content

Posts

Showing posts from June, 2023

YENƏ POLİS VƏHŞİLİYİ

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin bəzi sakinləri etiraz aksiyası keçirib. Onlar ərazidə qızıl mədəninə görə su anbarının yaradılmasına etiraz olaraq aksiya keçiriblər. Etirazçıların sözlərinə görə, su anbarına zəhərli maddələr yığılır. Onlar əlavə ediblər ki, artıq ərazidə ikinci belə su anbarı yaradılır. Polis əhaliyə rezin güllələr və dinc insanların gözünə qaz sıxır. Bu görüntü Azərbaycan polisinin səhifəsinə daha böyük qara həriflərlə yazıldı. Baş verənlərə söz tapa bilmirəm. Yaşlı bir anaya belə davranmaq olarmı? Baş verənlərin qarşısında susmaq mümkün deyil. Gədəbəydə baş verənlər çox utancvericidir! Rəsul Ə.