Son zamanlar orduda əsgər intiharlarının sayında artım müşahidə olunur. Buna səbəb orduya nəzarətin olmaması və əsgərlərin psixoloji durumudur. Azərbaycan ordusunda nələr baş verir? Eyni gündə iki əsgər intihar edib. Bakının “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu İlkin Ələkbərov və Qubadlı “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Telman Əyyubov odlu silahdan atəş açaraq intihar ediblər. İntiharların səbəbləri demək olar ki, tam araşdırılmır və ictimaiyyətə məlumat verilmir. Əsgərlərin intihar etməsinə nə səbəb ola bilər? Rəsul Ə.