Skip to main content

Posts

Showing posts from December, 2023

İlham Əliyev yenidən prezidentliyə namizədliyini irəli sürüb

Yeni Azərbaycan Partiyası (YAP) fevralın 7-də keçiriləcək prezident seçkilərində namizədini “irəli sürüb”. YAP-ın prezidentliyə namizədi İlham Əliyev olacaq.  Hazırki seçki öncəki vəziyyət jurnalistlərin və siyasətçilərin həbsi, polislərin fəalları tutması ilə müşahidə olunur. Son 1 ayda 10-dan çox tanınmış jurnalist və ya siyasətçi həbs edilib. Beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycanda seçkilərin rəqabətsiz keçdiyini, seçki prosesinin sistemli şəkildə pozulduğunu qeyd edirlər. Fevralın 7-də keçiriləcək seçkilərin əvvəlkilərdən fərqlənməyəcəyi gözlənilir. Rəsul Ə.

Karusel əməliyyatları yenidən başlayacaq

  Prezident İlham Əliyev dekabrın 7-də Sərəncam imzalayıb. Bu sərəncama əsasən, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək. Bu təlaş nəyə görədir? İlham Əliyev seçkilərə hazırlaşmaq üçün müxalifətə, heç vaxt tanımaq istəmir. Bundan əlavə, o, gücünü itirəcəyindən qorxur. Bu əmrlə xalqı, müxalifəti birdən-birə tutmaq istəyir ki, hazırlaşmasınlar. Düz 2 ay sonra - fevralın 7-si Azərbaycan xalqının ölüm-dirim mübarizəsidir. Rəsul Ə.