Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin əməkdaşı Elxan Əliyev istintaq təcridxanasında televizorun pultunun batareyasını udub. Elxan Əliyevin həyatı indi təhlükədədir! İlham Əliyev rejimi cəbhəçi siyasi məhbuslara qarşı xüsusilə qəddardır. Bu barədə Bakı Apellyasiya Məhkəməsində Elxan Əliyev danışıb. E.Əliyev bu addımı onun qanunsuz və ədalətsiz həbsinə etiraz əlaməti olaraq atdığını bildirib. Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılan E.Əliyevin bədənində olan batareyanı əməliyyatla çıxarmaq istəsələr də, siyasi fəal buna imkan verməyib. Elxan bəy 5 il müddətinə qanunsuz həbs olunmasına etiraz edərək intihara cəhd edib. Udulmuş batareya bədəndə qaldıqca onun həyatı üçün təhlükə artır. Azərbaycanda gənc, günahsız insanların həyatı ilə oynayan diktatura daha da qəddarlaşıb. Gözümüzün qabağında hakimiyyətin ədalətsizliyi, qəddarlığı, nifrəti Elxan Əliyevi intihara sövq etdi. Təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilən Elxan Əliyev özü 2 d...