Skip to main content

Posts

Showing posts from November, 2024

Nəzarətçi Nərgizi təhqir edib və onun əlinə xəsarət yetirib

Həbsxanada olan şəxsə fiziki zorakılıq və təzyiqlər nalayiq bir hərəkətdir. Və çox təəssüf ki, Azərbaycanda belə hallar çox olur. Azərbaycan hökuməti saxta ittihamlar, əsassız həbslər və məhkəmə təzyiqləri də daxil olmaqla, həqiqi ədaləti müdafiə edən səsləri susdurmaq üçün müxtəlif taktikalardan istifadə edir. Nəticədə həbsxanada onlarla çox sərt davrana bilərlər. Yaxınları “Abzas Media” işi üzrə həbsdə olan jurnalistlərin təzyiq altında olduğunu deyirlər. Onların məlumatına görə, noyabrın 14-də Nərgiz Absalamova həbsdə saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının nəzarətçilərindən biri  tərəfindən təhqir olunub. Sevinc Vaqifqızı və Elnarə Qasımovanın buna etiraz etməsi ilə mübahisə yaranıb. “Bundan sonra axşam növbəsində qapılar bağlananda başqa bir qadın nəzarətçi Nərgizi təhqir edib və onun əlinə xəsarət yetirib”, – deyə jurnalistin qohumu bildirib. Jurnalistlərin yaxınları bildirirlər ki, noyabrın 15-də bir qrup məhbus istintaq təcridxanasının rəhbərliyinin göstərişi ilə N...