Skip to main content

Posts

Showing posts from January, 2025

Növbəti insan taleyi məhv edilir

İctimai fəal Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) - Əsgər Həziyev adlı şəxsin pulunu alıb evi satmaq adı ilə aldatma maddəsi ilə təqsirli bilinib. R.Abbasov özünü təqsirli bilmir və həbsdə olan dostu, digər ictimai fəal "Bəxtiyar Hacıyevin girovu" hesab edir.  Yanvarın 9-da hökmdən əvvəl son çıxışında o, nə Ə.Həziyev zərərçəkmiş olduğunu, nə də ondan pul aldığını vurğulayıb. R.Abbasovun sözlərinə görə, bu cinayət işi onun həbsi üçün açılıb. Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun məhkəməsi davam edir. Prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Rəsul Ə.