Avropa Şurasının “2024 SPACE I” adlı rəsmi hesabatına görə Azərbaycan Avropa ölkələri arasında ən çox adam həbs edən ikinci ölkədir. Hər 100 min nəfərə 264 məhkum – bu rəsmi rəqəmdir. Üstəlik, hər 100 yerə 103 məhkum düşür. Sözün qısası: həbsxanalar doludur, amma ədalət yox! Bu nə deməkdir? Ölkədə fikir demək, tənqid demək, yazmaq, həqiqəti göstərmək — cinayət sayılır. Bu gün Azərbaycanda 376 siyasi məhbus var. Onlardan 29-u jurnalist və media işçisidir. Sual verirəm: Bu nə qədər qəddar və qorxmuş bir sistemdir ki, qələmlə vuruşanlardan belə qorxur? Zərdabinin yolunu seçənlər bu gün məhz həbsxanalardadır. Bu ölkədə həqiqəti yazmaq üçün ya susmalısan, ya da dustaq olmağa hazır olmalısan. Bəs biz niyə susmalıyıq? Susanda nə dəyişib bu 30 ildə? Mətbuatın 150 illiyi qeyd edilir. Amma mətbuat azadlığı yoxdur. Azad olmayan bir mətbuatın bayramı nəyə gərəkdir? Mən buradan həbsdə olan vicdanlı jurnalistlərə, hüquq müdafiəçilərinə, siyasi məhbuslara səslənirəm – xalq sizi unutmayacaq! Ən azında...