Skip to main content

Posts

Showing posts from September, 2023

Fəallar deyir ki, onları DTX-ya çağırıblar

  Fəallar Cavid Əhmədov və Əmra Təxməzov Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırıldıqlarını bildiriblər. Onların sözlərinə görə, DTX-ya müharibə əleyhinə yazdıqlarına görə çağırılıblar. DTX-nin deyilənlərə münasibətini öyrənmək mümkün olmayıb. Rəsul Ə.

Avropa Parlamentində də Qubad İbadoğlu ilə bağlı dinləmələr keçirilib

 Avropa Parlamentində də Qubad İbadoğlu ilə bağlı dinləmələr keçirilib. Avropa Parlamentinin bir çox deputatları Azərbaycanda insan haqlarını pozan məmurlara və rejim nümayəndələrinə qarşı məqsədyönlü sanksiyaların tətbiqinə çağırıb. Bir neçə saat əvvəl Britaniya parlamenti Azərbaycandakı rejimi müzakirə edib. ABŞ senatorları və konqresmenləri az qala hər gün Azərbaycan haqqında danışırlar. Ən nüfuzlu ölkələrin parlament üzvləri Azərbaycandakı rejimin dünya miqyaslı iqtisadçı alim Qubad İbadoğlunu necə böhtan ataraq həbs etdirməsindən, Qubad bəyin səhhətindən, Azərbaycan hakimiyyətinin onun müalicəsi üçün şərait yarada bilməməsindən danışır və Qubad bəyin azadlığa buraxılmasını tələb edir. Biz də bir vətəndaş olaraq Qubad bəyin və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edirik. Rəsul Ə.

Rahib Salmanov xəstəxananın pəncərəsindən atılaraq intihar edib.

Niyaməddin Əhmədovun məruz qaldığı qeyri-insani işgəncələrə məhəl qoymayan və günahsız olmasına rəğmən onu 15 il müddətinə azadlıqdan məhrum edən hakim Rahib Salmanovdur. O, adını Azərbaycanın rüsvayçılıq tarixinə qara hərflərlə yazdı. O, xəstəxananın pəncərəsindən atılaraq intihar edib. Rəsul Ə.

Kirayə evə ehtiyacınız var?

“The Times” qəzeti İlham Əliyevin ailəsi ilə bağlı yeni araşdırma paylaşıb. Qəzet yazır ki, İlham Əliyevin qızları Londonda evlərini 16 minə kirayələyiblər. Qəzet bildirir ki, Əliyevlər ailəsi və onlara yaxın adamlar Böyük Britaniyada 200 milyon funt-sterlinq dəyərində mülkə malikdirlər. Park Leyndəki penthausun aylıq icarə haqqı 16 min funt-sterlinqdir və reyestr məlumat bazasına daxil olan minlərlə məlumatın təhlilinə əsasən, bu penthaus Leyla və Arzu Əliyevaların dəyəri 21 milyon funt olan London holdinqlərinə aiddir. Rəsul Ə.

Şəkidə iki fərqli həyat...

Yuxarıda ki şəkil, şəhid olan və iki qızını yetim qoyan Fərid Hüseynovun evidir. Ailəsi pulsuzluqdan şəhidin adına ehsan verə bilmirdi. Kənd uşaqları hərəsi bir manatdan pul yığıb şəhid evində çay süfrəsi açıblar. Aşağıdakı fotoda Şəkinin icra hakimiyyətinin başçısı Elxan Usubovun villalarından biri göstərilir. Usubovun Şəkidə daha 4 oxşar villası var... Rəsul Ə.