Skip to main content

Posts

Showing posts from January, 2024

Seçkilər öncəsi təmizlik işləri aparılır

Jurnalist Elnarə Qasımova dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb. Bu həbslər hakimiyyətin siyasətinin kökündən yanlış olduğunu göstərir və onlar, jurnalistlərin onların çirkin siyasətini xalqa çatdıracağından qorxurlar. Jurnalist Elnarə Qasımova “Abzas-Media”nın digər əməkdaşları ilə eyni maddə ilə ittiham olunur.  Bundan əvvəl “Abzas Media”nın 5 əməkdaşı – direktor, direktor müavini, baş redaktor, reportyor və araşdırmaçı da bu ittiham ilə həbs olunub. Onlar qrup qaçaqmalçılığında ittiham olunurlar.  Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyəti, xüsusən də “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu deyirlər.  Elnarə Qasımova 2 ay 17 gün müddətinə həbs edilib. Polislər ilə jurnalistlər arasında məhkəmə binasının qarşısında qarşıdurma baş verib. Polis çəkiliş etməyə imkan vermir. Rəsul Ə.  

Jurnalist Şahin Rzayev həbs edilib

Küçədə bir dənə də olsun jurnalist qalmadı artıq. Bu ölkənin dünyada analoqu yoxdur.  Hökumət mətbuatının məlumatına görə, Şahin Rzayev inzibati xəta törətməkdə təqsirli bilinib. Və məhkəmənin qərarı ilə o, 15 sutka həbs edilib.  Yaxınlarının verdiyi məlumata görə, Şahin Rzayev özü sosial şəbəkələrdə yazdığı tənqidi statuslara görə həbs olunduğunu bildirib.  Repressiyaya son! Zorbalığı dayandırın! Rəsul Ə.

Azərbaycanla Avropa arasında münasibətlər pisləşdi

Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Avropa Şurası qanunsuz hərəkətlərinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşırdı və bu da axırı.  AŞPA deputatları Azərbaycan nümayəndə heyətinin 2024-cü il üçün səlahiyyətlərini ratifikasiya etməyib, “siyasi məhbusların olmasını, erməni əhalisinin Dağlıq Qarabağdan məcburi köçürülməsini və AŞPA-nın fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçi kimi dəvət edilməməsini tənqid edib.”   Avropa ilə Azərbaycan arasında münasibətlərin korlanması Avropada iş tapmaq və yaşamaq istəyənlər üçün çətinliklər yaradacaq. Ekspertlərin fikrincə, son proseslərlə əlaqədar Avropa ölkələrinə viza almaq çətin olacaq. Qonşu Ermənistan və Gürcüstan vətəndaşları Avropaya asanlıqla viza əldə etdiyi halda, azərbaycanlılar üçün viza məsələsi daha da pisləşib.  Azərbaycanla Avropa arasında münasibətləri pisləşdirmək istəyən mə...