Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırıb.
Avropa Şurası qanunsuz hərəkətlərinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşırdı və bu da axırı.
AŞPA deputatları Azərbaycan nümayəndə heyətinin 2024-cü il üçün səlahiyyətlərini ratifikasiya etməyib, “siyasi məhbusların olmasını, erməni əhalisinin Dağlıq Qarabağdan məcburi köçürülməsini və AŞPA-nın fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçi kimi dəvət edilməməsini tənqid edib.”
Avropa ilə Azərbaycan arasında münasibətlərin korlanması Avropada iş tapmaq və yaşamaq istəyənlər üçün çətinliklər yaradacaq. Ekspertlərin fikrincə, son proseslərlə əlaqədar Avropa ölkələrinə viza almaq çətin olacaq. Qonşu Ermənistan və Gürcüstan vətəndaşları Avropaya asanlıqla viza əldə etdiyi halda, azərbaycanlılar üçün viza məsələsi daha da pisləşib.
Azərbaycanla Avropa arasında münasibətləri pisləşdirmək istəyən məmurların isə nə vecinə? Onların və uşaqlarının diplomatik pasportları var. Olan yenə də sadə vətəndaşa oldu.
Rəsul Ə.
Comments
Post a Comment