Skip to main content

Posts

Showing posts from September, 2024

Əli Kərimli həbsin bir addımlığındadır!

Xatırladaq ki, hazırda AXCP sədri Əli Kərimliyə qarşı cinayət işi açılıb.  Repressiya maşını olan hakimiyyət daha bir saxtakarlığa başlayıb. Başa düşürük ki, AXCP-yə qarşı uzun illər aramsız davam edən hökumət repressiyaları yenidən güclənib. Hakimiyyət hazırda AXCP-ni qanunsuz elan etmək və onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə cəbhə üzərində işləyir.  Və çox təəssüf ki, Əli Kərimli hazırda həbsə bir addım məsafədədir! Məhkəmə artıq onu təqsirləndirilən şəxs kimi tanıyıb. Və gördüyünüz kimi, siyasi sifariş yerinə yetirildi. Uydurma və əsassız cinayət işi məhkəməyə verilib.  Qeyd edək ki, partiyadan xaric edilən Aydın Əliyev Əli Kərimliyə qarşı CM-in 147.1-ci (böhtan) maddəsi ilə şikayət verib. Rəsul Ə.

Vəfa Nağı polis tərəfindən saxlanılıb

Neftçalada deputatlığa namizəd Vəfa Nağı dairə seçki komissiyası qarşısında oturaq aksiya keçirdiyi üçün polis tərəfindən saxlanılıb. Deputatlığa namizəd Vəfa Nağı ilə video çəkən jurnalist Şəhla Kərim və vəkil Seymur Abbas da saxlanılıb. Onları heç bir məlumat vermədən mülki geyimli şəxslər aparıblar. Hansı qurum tərəfindən və niyə saxlanıldığını bilinməyən Vəfa Nağı və digərləri barədə narahatıq. Rəsul Ə.

Seçkinin yox, seçki tamaşanın şahidi olduq

Sentyabrın 1-də səhər saat 8:00-dan etibarən bütün Azərbaycan ərazisində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirildi. Parlament seçkiləri 125 dairə üzrə 6478 seçki məntəqəsində keçirilib. Lakin bu seçkilərdə real siyasi alternativlər təklif edilmədi. Seçkilər məhdudlaşdırıcı siyasi-hüquqi şəraitdə keçib. Hakim YAP partiyasının üstünlük təşkil etməsi və müstəqil yerli müşahidəçilərin çıxışına məhdudiyyətlər demokratik seçkilərin əsasını təşkil edən şəffaflıq və inklüzivlik prinsiplərinə zidd olsa da, bunu heç kim nəzərə almayıb.  Səsvermə prosesini izləyən müstəqil müşahidəçilər və jurnalistlər çoxsaylı qanun pozuntuları qeydə alıblar. Dövlət sektorunun işçiləri və digərləri zorla seçki tədbirlərinə aparıldı, bu da seçicilərin təhdid edilməsinə və təqib qorxusu olmadan səs verə bilməsi ilə bağlı narahatlığa səbəb oldu. Bu seçkilərdə çoxlu sayda namizəd iştirak etsə də, demək olar ki, hamısı öz təşviqat çıxışlarında hökumətin siyasətini dəstəkləyib. Ötən ildən davam...