Skip to main content

Seçkinin yox, seçki tamaşanın şahidi olduq

Sentyabrın 1-də səhər saat 8:00-dan etibarən bütün Azərbaycan ərazisində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirildi. Parlament seçkiləri 125 dairə üzrə 6478 seçki məntəqəsində keçirilib.

Lakin bu seçkilərdə real siyasi alternativlər təklif edilmədi. Seçkilər məhdudlaşdırıcı siyasi-hüquqi şəraitdə keçib. Hakim YAP partiyasının üstünlük təşkil etməsi və müstəqil yerli müşahidəçilərin çıxışına məhdudiyyətlər demokratik seçkilərin əsasını təşkil edən şəffaflıq və inklüzivlik prinsiplərinə zidd olsa da, bunu heç kim nəzərə almayıb. 

Səsvermə prosesini izləyən müstəqil müşahidəçilər və jurnalistlər çoxsaylı qanun pozuntuları qeydə alıblar. Dövlət sektorunun işçiləri və digərləri zorla seçki tədbirlərinə aparıldı, bu da seçicilərin təhdid edilməsinə və təqib qorxusu olmadan səs verə bilməsi ilə bağlı narahatlığa səbəb oldu. Bu seçkilərdə çoxlu sayda namizəd iştirak etsə də, demək olar ki, hamısı öz təşviqat çıxışlarında hökumətin siyasətini dəstəkləyib. Ötən ildən davam edən media məhdudiyyətləri və qeyri-hökumət təşkilatlarına təzyiqlərin artması, o cümlədən əsassız həbslər bizə göstərdi ki, bu seçkilərdə tendensiyalar əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək. Bir sözlə, biz yenə seçkinin yox, seçki tamaşanın şahidi olduq.

Rəsul Ə.




Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...