Skip to main content

Posts

Showing posts from December, 2024

Səbail rayonunun "20-ci sahə" qəsəbəsində icazəsiz ev tikməkdə günahlandırılır

 "Kanal 13"-ün, icraçı direktor Əziz Orucovun valyuta qaçaqmalçılığı ittihamına xitam verilib. Lakin onun işi Cinayət Məcəlləsinin 188.2-ci maddəsi - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarını pozma ittihamı ilə məhkəməyə göndərilib. O, Səbail rayonunun "20-ci sahə" qəsəbəsində icazəsiz ev tikməkdə günahlandırılır. Ə.Orucov yaxın günlərdə Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə mühakimə olunacaq. Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə zərərçəkmiş kimi tanınıb. Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də həbs edilmiş, bir ay sonra isə ona valyuta qaçaqmalçılığı ittihamı verilmişdi. Dekabrın 22-də "Kanal 13" əməkdaşı Şamo Eminov da eyni iş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə həbs edilmişdi. Ə.Orucovun vəkili Bəhruz Bayramov məhkəməyə göndərilən işin məzmununu təsdiqləyib və müdafiə etdiyi şəxsin ittihamları rədd etdiyini, həbsini jurnalist fəaliyyətinə görə hesab etdiyini bildirib. Son aylarda Azərbayca...