Skip to main content

Səbail rayonunun "20-ci sahə" qəsəbəsində icazəsiz ev tikməkdə günahlandırılır

 "Kanal 13"-ün, icraçı direktor Əziz Orucovun valyuta qaçaqmalçılığı ittihamına xitam verilib. Lakin onun işi Cinayət Məcəlləsinin 188.2-ci maddəsi - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarını pozma ittihamı ilə məhkəməyə göndərilib. O, Səbail rayonunun "20-ci sahə" qəsəbəsində icazəsiz ev tikməkdə günahlandırılır.

Ə.Orucov yaxın günlərdə Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə mühakimə olunacaq. Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə zərərçəkmiş kimi tanınıb.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də həbs edilmiş, bir ay sonra isə ona valyuta qaçaqmalçılığı ittihamı verilmişdi. Dekabrın 22-də "Kanal 13" əməkdaşı Şamo Eminov da eyni iş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə həbs edilmişdi.

Ə.Orucovun vəkili Bəhruz Bayramov məhkəməyə göndərilən işin məzmununu təsdiqləyib və müdafiə etdiyi şəxsin ittihamları rədd etdiyini, həbsini jurnalist fəaliyyətinə görə hesab etdiyini bildirib.

Son aylarda Azərbaycanda bir neçə media qurumunun 20-dən çox əməkdaşı qaçaqmalçılıq ittihamı ilə həbs edilib, redaksiyalar möhürlənib. Jurnalistlər ittihamları siyasi motivli təqib kimi qiymətləndirir, hökumət isə ittihamların hüquqi əsaslara söykəndiyini iddia edir.

Rəsul Ə.




Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.
  Müasir Azərbaycanın bütün faciəsi onun sovet modelinə uyğun qurulmasındadır. Ölkədəki “demokratik hökumət”in bütün bəzəkləri Madam Tüsso Londondakı mum fiqurlara bənzəyir: onlar orijinalın dəqiq surətləridir, lakin istisnasız olaraq hamısı susur. Eyni şey Azərbaycan dövlətində formal olaraq mövcud olan bütün “demokratik” hakimiyyət institutlarında da baş verir. Rəsul Ə.