Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur.
Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir.
Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir:
Jurnalistlər və blogerlər – 27 nəfər
Hüquq müdafiəçiləri – 4 nəfər
Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər
Milli azlıqların fəalları – 4 nəfər
Müharibə əleyhinə fəallar – 2 nəfər
“Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər
Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər
Dindarlar – 235 nəfər
“Tərtər işi” üzrə məhkumlar – 8 nəfər
“Gəncə işi” üzrə məhkumlar – 13 nəfər
Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər
“İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər
Rəsul Ə.
Comments
Post a Comment