Tanınmış jurnalist, "Xural" TV-nin rəhbəri Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulması xəbəri məni dərindən sarsıtdı. O, artıq iki ildir ki, siyasi motivlərlə həbsdə saxlanılır və 9 il azadlıqdan məhrum edilib. Bu, onun ilk dəfə həbs olunması deyil – 2011-ci ildə də oxşar siyasi təzyiqlə həbs olunmuş və illərlə azadlıqdan məhrum edilmişdi. Əvəz bəyin həyat yoldaşı Məlahət xanımın bildirdiyinə görə, onun səhhəti ciddi şəkildə pisləşib. 6 saylı cəzaçəkmə müəssisəsindən Onkologiya Mərkəzinə aparılıb və biopsiya nəticəsində məlum olub ki, bağırsaqda aşkarlanan bədxassəli şiş artıq metastaz verərək qaraciyərə yayılıb. Ən acınacaqlısı isə odur ki, bu diaqnoz sadəcə tibbi məsələ deyil – bu, siyasi bir cinayətin nəticəsidir. İlham Əliyevin rəhbərlik etdiyi rejim bir insanın, bir jurnalistin səhhətindəki dəyişikliyə aylarla, illərlə göz yumaraq, faktiki olaraq onun ölüm hökmünü gözləyib. Söz azadlığını boğmaq üçün istənilən yola əl atan bu rejim, bu dəfə də susmadı – sadəcə yavaş v...