Skip to main content

"Xural" TV-nin rəhbəri Əvəz Zeynallı xərçəng xəstəliyinə tutulub

Tanınmış jurnalist, "Xural" TV-nin rəhbəri Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulması xəbəri məni dərindən sarsıtdı. O, artıq iki ildir ki, siyasi motivlərlə həbsdə saxlanılır və 9 il azadlıqdan məhrum edilib. Bu, onun ilk dəfə həbs olunması deyil – 2011-ci ildə də oxşar siyasi təzyiqlə həbs olunmuş və illərlə azadlıqdan məhrum edilmişdi.

Əvəz bəyin həyat yoldaşı Məlahət xanımın bildirdiyinə görə, onun səhhəti ciddi şəkildə pisləşib. 6 saylı cəzaçəkmə müəssisəsindən Onkologiya Mərkəzinə aparılıb və biopsiya nəticəsində məlum olub ki, bağırsaqda aşkarlanan bədxassəli şiş artıq metastaz verərək qaraciyərə yayılıb.

Ən acınacaqlısı isə odur ki, bu diaqnoz sadəcə tibbi məsələ deyil – bu, siyasi bir cinayətin nəticəsidir. İlham Əliyevin rəhbərlik etdiyi rejim bir insanın, bir jurnalistin səhhətindəki dəyişikliyə aylarla, illərlə göz yumaraq, faktiki olaraq onun ölüm hökmünü gözləyib. Söz azadlığını boğmaq üçün istənilən yola əl atan bu rejim, bu dəfə də susmadı – sadəcə yavaş və səssiz şəkildə bir insanı məhv etməyi seçdi.

Bu gün xərçəng xəstəliyinin müalicəsi azad şəraitdə belə çox çətin və bahalı bir prosesdir. Həbsxana divarları arxasında, məhdud tibbi imkanlarla Əvəz Zeynallının sağalacağına ümid etmək, sadəlövh olmaq deməkdir. Bu vəziyyətdə tək çıxış yolu – onun dərhal azad edilməsi və müalicəsinin xaricdə təşkil olunmasıdır.

Bu artıq təkcə bir şəxsin yox, bütün cəmiyyətin məsuliyyətidir. Biz susduqca, İlham Əliyev və onun avtoritar rejimi daha çox söz deyənləri, daha çox vicdanlı insanları susduracaq. Əvəz Zeynallı yaşamalıdır – və onun yaşaması üçün indi hərəkətə keçmək vaxtıdır.

Rəsul Ə.




Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...