Skip to main content

Posts

Showing posts from May, 2025

Zorlamaqla təhdid edilən Ülviyyə Əli

Əgər bu ölkədə jurnalist Ülviyyə Əlini bir gündə iki dəfə zorlamaqla təhdid edən, başına yeddi yumruq vuran polislər cəzasız qalacaqsa, heç kimin şübhəsi qalmasın – bu ölkədə zorakılıq artıq dövlət siyasətidir. Ülviyyə Əli vaxtilə “Amerikanın Səsi” radiosunda çalışıb. Müstəqil media sıxışdırıldıqdan sonra da o, sosial şəbəkələrdə jurnalistika və hüquq müdafiəçiliyini dayandırmadı. Heç bir yerdə işləmədiyi halda, fədakarcasına siyasi məhbusların müdafiəsini təşkil edirdi.  Ülviyyə xanımın necə şərlənərək həbs olunması və həbsin ilk günlərində başına gələnlər haqda yazdıqlarını burada qeyd edirəm. Belə istedadlı, cəsarətli və prinsipial xanımların varlığı bizi ümidləndirir. Deməli, 30 illik rejimə baxmayaraq, bu ölkədə hələ də mübariz gənclik var. 1-ci hissə. Mən necə saxlanıldım? 6 may Tofiq Yaqublu və “Abzas Media işi“i lə bağlı məhkəmələri çəkmişdim və öz profilimdən məlumatları paylaşmışdım. “Amerikanın Səsi” bağlanandan sonra iş yerimi itirmişdim və profilimdə də yazmışdım ki, i...

Tofiq Yaqublu artıq 37 gündür ki, aclıq aksiyasındadır

65 yaşlı Tofiq Yaqublu artıq 37 gündür ki, aclıq aksiyasındadır. İlham Əliyev isə ona qarşı sərgilədiyi qərəzli mövqedə israrlı davranmağa davam edir. Bakı Apellyasiya Məhkəməsi artıq onun verdiyi apellyasiya şikayətinə ilkin baxışı həyata keçirib. Halbuki bu məhkəmə, Tofiq bəyi ev dustaqlığına buraxmaqla onun bir mülki xəstəxanada müalicəsini təmin edə bilərdi. Lakin bu baş vermədi – aclığın 36-cı günündə olan bir insanı evə buraxmaq əvəzinə, onu həbsdə saxladılar. Qızı Nigar Həzi bu qərarı belə qiymətləndirir: “Bu, Tofiq Yaqublunun ölümünə fərman verildiyini göstərir”. "Mən nə edə bilərəm ki?" deyərək kənara çəkilmək vicdana sığmaz. Ölümün ayaq səslərini duyduğunu bildirən Tofiq Yaqublu, hər gün ölüm xəbərini alma ehtimalı ilə üz-üzədir. O, bu ölkənin və xalqın haqq-ədalət uğrunda mübarizəsinə rəhbərlik edən simalardan biridir. Heç bir cinayət törətmədiyi halda ölümlə üzbəüz saxlanılması isə, Əliyev rejiminin xalqın iradəsinə və hüquq normalarına qarşı olan münasibətini açı...