Skip to main content

Posts

Showing posts from June, 2025

Qanun Kazinonu Qoruyur, Xalqı Yox

Hamının diqqəti müharibəyə yönəldiyi bir vaxtda, səssiz-səssiz Azərbaycanda kazino qanunları dəyişdirilir. Yeni qanun layihəsinə əsasən, ölkədə yalnız süni torpaq sahələrində kazino fəaliyyət göstərə biləcək. Ölkədə belə süni torpaq sahəsi varmı? Bəli. Və yalnız biri var — Emin Ağalarovun Nardaranda inşa etdiyi süni adalar. Başqa sözlə desək, bu qanun bir nəfərin biznesinə yaşıl işıq yandırır. Bu artıq qanun deyil, şəxsi maraqlar üçün yazılmış hüquqi sənəddir. Ölkədə işsizlik, inflyasiya, sosial problemlər varkən, hakimiyyətin diqqətini kazino qanunu çəkməsi — özü bir “oyun”dur. Sadəcə, xalq bu oyunda iştirak etmir. Tamaşaçıdır. Rəsul Ə.

Repressiya və Qorxu Siyasəti

Azərbaycanda hüquq sistemi və güc strukturları artıq ədalət axtaranların deyil, siyasi əqidəsinə görə insanları cəzalandıran bir mexanizmə çevrilib. Sanki dövlətin əlində siyasi məhbus istehsal edən bir sex var və bu sex bu dəfə Müsavat Partiyasının Biləsuvar təşkilatının üzvlərini – Ələddin Ələsgərli, Cabir Vəliyev və Qoşqar Nuralını “istehsal edib”. Onlar heç bir əsası olmayan, saxta “xuliqanlıq” ittihamı ilə 2 ildən artıq müddətə həbsə atılıblar. Bu, birbaşa repressiya və qorxu siyasətidir. Biz Müsavat Partiyasının həbs olunan üzvlərinə və Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbuslara azadlıq tələb edirik. Ədalət yalnız seçilmişlər üçün deyil, hamı üçün olmalıdır. Və bu ölkədə bir gün gerçək ədalət hökm sürəcək! Rəsul Ə.