Hamının diqqəti müharibəyə yönəldiyi bir vaxtda, səssiz-səssiz Azərbaycanda kazino qanunları dəyişdirilir.
Yeni qanun layihəsinə əsasən, ölkədə yalnız süni torpaq sahələrində kazino fəaliyyət göstərə biləcək.
Ölkədə belə süni torpaq sahəsi varmı?
Bəli. Və yalnız biri var — Emin Ağalarovun Nardaranda inşa etdiyi süni adalar.
Başqa sözlə desək, bu qanun bir nəfərin biznesinə yaşıl işıq yandırır.
Bu artıq qanun deyil, şəxsi maraqlar üçün yazılmış hüquqi sənəddir.
Ölkədə işsizlik, inflyasiya, sosial problemlər varkən, hakimiyyətin diqqətini kazino qanunu çəkməsi — özü bir “oyun”dur.
Sadəcə, xalq bu oyunda iştirak etmir. Tamaşaçıdır.
Rəsul Ə.
Comments
Post a Comment