İyulun 31-də "Azərbaycanın siyasi məhbuslarına azadlıq" İttifaqı 204 nəfərin daxil olduğu yenilənmiş siyahı dərc edib.
Siyahıya bu yaxınlarda saxta pul və qiymətli kağızların istehsalı, alınması və satışı ittihamı ilə həbs olunan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da daxil edilib. Siyahıdakı yeni şəxslərin əksəriyyəti aprel-iyul aylarında narkotik ticarəti ittihamı ilə həbs olunan dindar insanlardır.
2018-ci ilin noyabr ayından etibarən "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqının Siyahısı sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edir.
Ancaq Azərbaycanda siyasi məhbus sayılan şəxslərin vahid siyahısı yoxdur. Üstəlik, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olmasını qəbul etmirlər.
Deyirlər ki, siyasi məhbus siyahılarında olanlar yalnız törətdikləri əmələ görə məsuliyyət daşıyanlardır.
Rəsul Ə.
Comments
Post a Comment