Skip to main content

BMT İnsan Hüquqları Ofisi də Qubad İbadoğlunu azad etməyə çağırdı




Bu gün artıq BMT İnsan Hüquqları Ofisi də Qubad İbadoğlunu azad etməyə çağırdı. 

“Həbsdə olan müxalifətçi və alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlərdən çox narahatıq. Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə və qayğı ilə təmin olunmasına çağırırıq” - deyə, bəyanatda bildirilir. İlham Əliyev beynəlxalq ictimaiyyətin belə reaksiyasını gözləmirdi. 

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay Londonda mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə qeyri-qanuni yolla qazandıqları vəsaitləri bu fonda köçürməyə və gənclərin təhsilinə yönəltməyə çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, eləcə də ABŞ Dövlət Departamenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib və onun azadlığa buraxılmasını tələb edib.

Rəsul Ə.


 

Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.
  Müasir Azərbaycanın bütün faciəsi onun sovet modelinə uyğun qurulmasındadır. Ölkədəki “demokratik hökumət”in bütün bəzəkləri Madam Tüsso Londondakı mum fiqurlara bənzəyir: onlar orijinalın dəqiq surətləridir, lakin istisnasız olaraq hamısı susur. Eyni şey Azərbaycan dövlətində formal olaraq mövcud olan bütün “demokratik” hakimiyyət institutlarında da baş verir. Rəsul Ə.