İbadoğlu beynəlxalq aləmdə tanınan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir.
İbadoğlu iyulun 23-də Bakıdan kənarda siyasi partiyasının gənc fəalları ilə görüşmək üçün maşınla gedərkən həbs edilib. Ertəsi gün ona 3 ay 26 gün həbs cəzası verilib və saxta pul hazırlamaq, əldə etmək və ya satmaqda ittiham olunub. İbadoğlunun günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir. O, ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Rəsul Ə.
Comments
Post a Comment