Skip to main content

Posts

Showing posts from October, 2023

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Həbibov Döyülüb

  Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Həbibovun bədən xəsarətlərinin izlərini əks etdirən fotosu dərc olunub. Həbibov özü deyir ki, oktyabrın 11-də onu mülki geyimli adamlar döyüblər. Mülki geyimli üç nəfər onu Qızıldaş ərazisində saxlayıb, qara rəngli maşına mindiriblər. Həbibovun dediklərinə görə, onu bir az yol kənarına aparıblar və vəhşicəsinə təhqir edərək döyməyə başlayıblar. Ona "çəkil qırağa. Hakimiyyətə gəlmək istəyirsiz? Biz buna imkan vermərik..." deyiblər. Rəsul Ə.

İlham Əliyevlə bağlı tənqidi paylaşım etdi və 30 sutka həbs olundu

  Facebook hesabında İlham Əliyevin əleyhinə tənqidi yazılar yazan Möhyəddin Orucov 30 sutka həbs edilib. Yaxınlarının verdiyi məlumata görə, Möhyəddin Orucov Suraxanı rayon 32-ci polis bölməsində döyülüb. O, sosial şəbəkədəki səhifəsində prezidenti tənqid etdiyi üçün polisə çağırılıb. Və onun barəsində həbs qərarı çıxarılıb. Son bir ayda 20-yə yaxın ictimai-siyasi fəal polisin əmrinə tabe olmamaq ittihamı ilə həbs edilib. İlham Əliyevə qarşı tənqidi fikirlər səsləndirən şəxslərin həbsi ölkədə söz azadlığı hüququnun olmadığını göstərir. Əgər vətəndaş prezident və ya hansısa yüksək vəzifəli məmur haqqında tənqidi fikir bildirdiyinə görə həbs olunacaqsa, o zaman bu adamlar nə etməlidir? Öz səsini o, bu şəxslərə necə çatdırmalıdır? Demokratiya haradadır? İnsan hüquqlarına hörmət haradadır? Rəsul Ə.

O, evinə “Ya Allah” yazdığına görə həbs edilib

Əlirza Firudinbəyli son illərdə Azərbaycanda narkotik ittihamı ilə həbs edilən yüzlərlə dindardan biridir. O, bu ittihamı yalan hesab edir və cibindən çıxdığı deyilən narkotiklərin ona heç bir aidiyyəti olmadığını iddia edir. Onun sözlərinə görə, narkotiki cibinə polislərin özləri atıb, özləri də çıxarıblar. Əslən Lerik rayonundan olan 30 yaşlı Əlirza Firudinbəyli ailəsi ilə birlikdə paytaxtın Binə kəndində yaşayırdı. O, həbs olunduğu ərəfədə, aprel ayında iş üçün Mingəçevirdə xalası oğlunun yanına gedirmiş. Cinayət işinin materiallarında qeyd olunur ki, aprelin 9-da axşam saatlarında - saat 9 radələrində Mingəçevir şəhərində polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparıblar və cibinə baxış keçirən zaman 18 qramdan artıq narkotik vasitə aşkar ediblər. Əlirza Firudinbəyli deyir ki, bu hadisədən bir qədər əvvəl - mart ayında Mingəçevirdə işlədiyi vaxt ona Bakıdan zəng gəlib. O, Binə kəndində yaşadığı evin divarına “Ya Allah” yazdığına görə Xəzər rayon 3-cü polis bölməsinə ça...

Polisin maaşı artırılmalıdır

Deputat Qüdrət Həsənquliyev deyir ki, polis əməkdaşlarının maaşları artırılmalıdır, həyat çətinləşib. Bəs niyə bu deputat müəllimlərin, həkimlərin maaşlarından, uşaq pulundan danışmır? Cavab sadədir. Çünki xalqı söymək, döymək, işgəncə verərək susdurmaq üçün polislər lazımdır. Bu hökumətin ən çox ehtiyac duyduğu polislərdi. Əgər polislərin rifahı yaxşıdırsa, bu, onlar tərəfindən rejimə baş qaldıran şəxslərin həbs edilməsinə, bölmələrdə döyülərək işgəncə görməsinə daha yaxşı təsir edəcək. Müəllimlər kimə lazımdır? Savadlı cəmiyyət kimə lazımdır? Hökumət savadlı insanlardan qorxur. Həkimlər də onları maraqlanmır. Yerli həkimlər və xəstəxanalar onsuzda bu deputatların müalicə aldıqları yerlər deyillər. Onlarda hansısa xəstəlik yarananda xalqdan oğurladıqları pullarla müalicə üçün xaricə qaçırlar. Ona görə də ən vacib insanlar polisdir. O polis ki, yaşlı anaların gözünə qaz balonu ilə sıxır. O polis ki, insanları şərləyib həbs edir. Düzdür, Azərbaycan polisinin heç də hamısı belə deyil. Am...