Skip to main content

Polisin maaşı artırılmalıdır

Deputat Qüdrət Həsənquliyev deyir ki, polis əməkdaşlarının maaşları artırılmalıdır, həyat çətinləşib.

Bəs niyə bu deputat müəllimlərin, həkimlərin maaşlarından, uşaq pulundan danışmır?

Cavab sadədir. Çünki xalqı söymək, döymək, işgəncə verərək susdurmaq üçün polislər lazımdır. Bu hökumətin ən çox ehtiyac duyduğu polislərdi. Əgər polislərin rifahı yaxşıdırsa, bu, onlar tərəfindən rejimə baş qaldıran şəxslərin həbs edilməsinə, bölmələrdə döyülərək işgəncə görməsinə daha yaxşı təsir edəcək.

Müəllimlər kimə lazımdır? Savadlı cəmiyyət kimə lazımdır? Hökumət savadlı insanlardan qorxur.

Həkimlər də onları maraqlanmır. Yerli həkimlər və xəstəxanalar onsuzda bu deputatların müalicə aldıqları yerlər deyillər. Onlarda hansısa xəstəlik yarananda xalqdan oğurladıqları pullarla müalicə üçün xaricə qaçırlar.

Ona görə də ən vacib insanlar polisdir. O polis ki, yaşlı anaların gözünə qaz balonu ilə sıxır. O polis ki, insanları şərləyib həbs edir. Düzdür, Azərbaycan polisinin heç də hamısı belə deyil. Amma onların əksəriyyəti polisin adına ləkə gətirəcək işlərə qarışıb.

Deputat Qüdrət Həsənquliyev bu rejimi necə qorumağı yaxşı bilir.

Rəsul Ə.





Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.
  Müasir Azərbaycanın bütün faciəsi onun sovet modelinə uyğun qurulmasındadır. Ölkədəki “demokratik hökumət”in bütün bəzəkləri Madam Tüsso Londondakı mum fiqurlara bənzəyir: onlar orijinalın dəqiq surətləridir, lakin istisnasız olaraq hamısı susur. Eyni şey Azərbaycan dövlətində formal olaraq mövcud olan bütün “demokratik” hakimiyyət institutlarında da baş verir. Rəsul Ə.