Bu yaxınlarda Azərbaycanda müxalif Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs olunaraq 2 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi olaraq həbsə səbəb 20 gün əvvəl baş vermiş avtomobil qəzasıdır. Qəza nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Orxan Hacılının həbsindən sonra sosial şəbəkələrdə növbəti dəfə Azərbaycanda müxalifətçilərin, azad jurnalistlərin və fəalların susdurulması üçün onların ailə və yaxınlarının hədəfə alındığı barədə fikirlər yayılır. Bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qaynının həbsinin ondan qisas almaq məqsədi daşıdığını iddia edir. O, dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək 7,6 il müddətinə azadlıqdan məhrum edilib. Belə misallar çoxdur...
Azərbaycanda siyasətlə məşğul olmaq, hakimiyyətin bu və ya digər qoluna iddialar irəli sürmək əslində təhlükəli fəaliyyət sahəsidir. Məsələnin daha çətin tərəfi odur ki, siyasi mübarizlər təkcə öz həyatlarını, azadlıqlarını deyil, həm də öz yaxınları və ailə üzvlərinin, təhlükəsizliyi və azadlığının risk altında olduğunu söyləyirlər.
Rəsul Ə.
Comments
Post a Comment