Söyüdlü camaatının etirazından sonra fəaliyyəti dayandırılan qızıl mədəni yenidən fəaliyyətə başlayıb.
Bu ilin iyun ayında Gədəbəyin Söyüdlü kənd əhalisi buradakı qızıl mədənindən axan tullantı suları üçün ikinci süni gölün salınmasına etiraz olaraq aksiya keçirib.
Hökumət buna cavab olaraq kəndin giriş-çıxışını bağlayıb və etiraz edən yerli camaata işgəncə verib. Aksiyalar zamanı insanlar saxlanılıb və həbs edilib.
Yerli camaatla polis arasında baş verən münaqişəyə münasibət bildirən Prezident İlham Əliyev deyib ki, kimsənin nazıyla oynamayacağıq:
"Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar".
Rəsul Ə.
Comments
Post a Comment