Bu barədə Əyyub Çələbinin atası Xəyyam Çələbi məlumat verib. Xəyyam Çələbi ADR Partiyası Səbail rayon təşkilatının sədridir.
Onun sözlərinə görə, oğlu Əyyub Çələbi mağazaya getmək üçün evdən çıxıb, lakin geri qayıtmayıb. Qonşuları bildiriblər ki, onu üç mülki geyimli şəxs aparıb. Sonda onun Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı məlum olub. Bundan başqa, Xəyyam Çələbi Əyyubun ürəyində qüsur olduğunu deyib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən də bildirilib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb. Onun məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs edildiyi bildirilir. Amma işin təfərrüatlarını dəqiqləşdirmək mümkün olmayıb.
Rəsul Ə.
Comments
Post a Comment