Skip to main content

Fevralın 7-si Azərbaycanda prezident seçkiləri kimi deyil, xalqın heç kimi seçə bilməyəcəyi gün kimi tarixə düşəcək


 

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri rejimin saxtakarlığı nəticəsində növbəti dəfə İlham Əliyevin prezident olması ilə nəticələnəcək. 

Bu diktator artıq heç kimdən qorxmur, narahat deyil. O, xalqı və bütövlükdə Azərbaycanı özünün şəxsi mülkü hesab edir. Onun prezident olacağına məmurlar, dövlət işçiləri, hətta seçkiyə namizədlər də əmindirlər. 

Bu necə hökumətdir? Bu necə ölkədir? 2024-cü ildə Azərbaycanda diktatura hələ də yaşayır. Heç kim xalqın fikrini soruşmur. Xalqın gələcəyi heç kəsi maraqlandırmır. İlham Əliyev üçün əsas odur ki, Azərbaycana yenə də saxtakarlıqla rəhbərlik edib, talan etsin. 

Bu ailə hakimiyyətin əllərindən düşməməsi üçün hər cür yola getməyə hazırdı. Saysız-hesabsız siyasi həbslər, siyasi fəallara işgəncə verilməsi buna əyani sübutdur. 

Fevralın 7-si Azərbaycanda prezident seçkiləri kimi deyil, xalqın heç kimi seçə bilməyəcəyi gün kimi tarixə düşəcək. Azərbaycan xalqının rifahı, vəziyyəti daha da pisləşəcək. 

Çünki diktator acdır. Və onun quldur dəstəsi ilə birlikdə xalqın qanını içməyə ehtiyacı var.

Rəsul Ə.


Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...