Skip to main content

Gəncədə istintaq təcridxanasında jurnalistə işgəncə verilib

Jurnalist Zaur Qəmbərovun Gəncədəki 2 saylı İstintaq Təcridxanasında işgəncələrə məruz qaldığı bildirilir. Bu barədə onun qardaşı, Gədəbəy rayonu, Arıqıran kənd sakini Elməddin Qəmbərov məlumat verib. 

Onun sözlərinə görə, işgəncələr nəticəsində qardaşının vəziyyəti o qədər pisləşib ki, onu Bakıya - Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərmək məcburiyyətində qalıblar.

Elməddin Qəmbərov bildirib ki, qardaşı fevralın 17-də Gəncədən Bakıya göndərilib. Bir həftə xəstəxanada qaldıqdan sonra fevralın 24-də Gəncə İstintaq Təcridxanasına qaytarılıb:

“Dünən (fevralın 26-da) gedib onunla görüşdüm. Hadisədən 10 günə yaxın vaxt keçsə də, hələ xəsarət izləri var. Zaur deyir ki, bədənimə, böyrəklərimin üstünə təpiklə o qədər vurublar ki, hələ də aşağı əyilə bilmirəm. İnsanın əllərini qandallarıb, yerə yıxıb təpikləmək hara sığar? Əvvəl təcridxana rəisinin otağının qarşısında döyüblər. Orada kamera da var. Rəis müavini Şahin Əhmədov da döyənlər arasında olub. Sonra rəisin otağına salıblar. Rejim rəisi var, Mirzə Məmmədov, otaqda alnına təpiklə vuranda rəis qışqırıb. Sonra aparıb buz kimi otağa – “kars”a atıblar – əlləri və ayaqları qandallanmış vəziyyətdə. Bir sutka o vəziyyətdə saxlayıblar. Qardaşım da baş verənlərə etiraz olaraq, özünə xəsarət yetirib. Bundan sonra Müalicə Müəssisəsinə köçürüblər”.

Zaur Qəmbərov 2023-cü il avqustun 1-dən xuliqanlıq ittihamı ilə həbsdədir. İddia olunur ki, axşam saatlarında Gəncədə onun idarə etdiyi avtomobilə başqa avtomobil çırpılıb və qəza baş verib. Zaur Qəmbərov digər avtomobilin sürücüsünü və yanındakı şəxsi təhqir edərək onlara xəsarət yetirib.

Zaur Qəmbərov ittiham aktında yazılanların yalan olduğunu, onun jurnalist fəaliyyətinə görə həbs edildiyini iddia edir. Onun sözlərinə görə, qəza onu ləkələmək və həbs etmək məqsədi ilə qəsdən törədilən təxribat olub.

Zaur Qəmbərov yaxınlarına bildirib ki, işgəncəyə səbəb rüşvət tələbi olub. Onun sözlərinə görə, orada saxlanılan şəxslərin 2 saylı İstintaq Təcridxanasında normal şəraitli kameralarda qalmaları üçün onlardan külli miqdarda rüşvət tələb olunur. Onun sözlərinə görə, bəzən bu məbləğin qiyməti 3 min manata qədər qalxır.

Zaur Qəmbərovun işgəncə və təhqir olunması ilə bağlı iddialara Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Rəsul Ə.





Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...