Qubad bəyin vəkili Zibeydə Sadıqova həyəcan təbili çalaraq ictimaiyyətə məlumat verib.
Zibeydə xanımın yazdıqlarından məlum olur ki, artıq Qubad bəyin səhhəti ilə bağlı daha ciddi problemlər yaranıb. Onun qanında şəkərin miqdarı heç düşmür. Baxmayaraq ki, o, artıq iki yüksək dozalı dərman qəbul edir, gündə insulin vurur. Ürək döyüntülərini normallaşdırmaq üçün ayrıca dərmanlar da qəbul edir. Və buna baxmayaraq, nəbzi həmişə yüksək olur. Endokrinoloq Qubad İbadoğlunun 10 gün damarlarının yuyulması üçün sistem qəbul etməsinə qərar verib. Çünki şəkər səbəbiylə damarları tıxanıb.
Lakin hakimiyyət Qubad İbadoğlunu qanunsuz həbs etməkdə davam edir. Vəziyyəti nə qədər pis olsa da, onu azad etmək haqqında düşünmür.
Hakimiyyət Qubad bəyə qarşı qərəz və qəddarlığa son qoymalıdır, əks halda Qubad bəyin həyatı üçün böyük risk var. Azadlıq Qubad bəyin haqqıdır. Biz bütün siyasi məhbuslara azadlıq tələb edirik! Hökumət bu çirkin əməllərinin qarşısını almalıdır.
Rəsul Ə.
Comments
Post a Comment