Skip to main content

Putinin planı baş tutmadı

Bildiyiniz kimi, Aleksey Navalnı Rusiya tarixinin ən qətiyyətli, istedadlı və parlaq siyasətçilərindən biri olsa da, 2024-cü il fevralın 16-da vəfat edib. Rusiya rejimi onu ciddi təhlükə olaraq görürdü, Aleksey Navalnı öldürmək üçün illər əvvəl onu zəhərləmişdi. Onda Navalnı xilas ola bilmişdi. Navalnı öz xalqını xilas etmək üçün həyatını qurban verdi. Putin rejimi onu əymək, sındırmaq, satın ala bilmədi. O ölsə belə, amma o bir qalibdir. Bəs bu ölüm Rusiya üçün hansı nəticələrə səbəb oldu? Gəlin birlikdə nəzər salaq.

İlk növbədə ondan başlayaq ki, Navalnının qətli Rusiya əhalisi arasında qorxu deyil, qəzəbi artırıb. Sərt repressiv şəraitə baxmayaraq, 10 min üzəri rusiyalı Navalnının xatirəsinə repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidələrə gül dəstələri gətirib, on minlərlə Rusiya vətəndaşı dövlətdən Aleksey Navalnının cəsədinin ailəsinə təhvil verilməsini tələb ediblər. Polis bu anım mərasimlərinin 400-dən çox iştirakçısını saxlayıb.

ABŞ prezidenti Bayden Putini açıq şəkildə təhqir etdi. Bu, artıq körpülərin yandırıldığını göstərir. Eyni zamanda ABŞ rəsmiləri Navalnının ölümünə görə ABŞ-ın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini bildiriblər.

Avropa İttifaqının Navalnının qətlinə görə Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edəcəyi gözlənilir.

Mübarizəni davam etdirəcəyini bildirən Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Avropa İttifaqının rəhbərliyinə ən yüksək səviyyədə qəbul edilib. Aİ Şurasının sədri Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Yuliya Navalnaya ilə görüşlər Rusiya müxalifətinə dəstəyin daha yüksək səviyyəyə qalxdığını nümayiş etdirdi. 

Putinin Navalnı öldürməklə xalqı qorxu içində saxlamaq planı baş tutmadı. Bəli, Rusiya və Azərbaycandakı rejimlər də bilirlər ki, onların axırı yaxındır. Rəqiblərini və qorxduqları insanları məhv etmək üçün bacardıqları qədər çalışırlar. Amma alınmayacaq. Nə edirlərsə etsinlər, avtoritar dövlət başçıları və diktatorlar həmişə ağır cəzalara məruz qalacaqlar.

Rəsul Ə.




Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...