Skip to main content

Zorla seçiciləri səs verməyə gətirdirlər

Ölkədə məcburi seçkiyə gətirilmə prosesi gedir. 

Bütün müəssisələrin rəhbərliyinə ciddi xəbərdarlıq edilib. Onlara “biz bilirik nə qədər işçiniz var, hamısı seçkiyə gəlməlidir, yoxsa başınız ağrıyacaq” kimi hədə-qorxu gəliblər. Şirkət rəhbərlikləri də bütün işçilərinə xəbərdarlıq edib. Hətta bəzi müəssisələrdə işçilərə özləri ilə şərf, papaq və eynək götürmələri tapşırılıb. Onlar bu əşyalardan “Karusel” əməliyyatı zamanı kamuflyaj üçün istifadə ediblər. 

Məktəblərin 90 faizində valideynlərə, əsasən məzunların (9, 11-ci siniflər) valideynlərinə xəbərdarlıq edilib ki, “övladınızın buraxılış imtahanından keçməsini istəyirsinizsə, seçkiyə gəlin, əks halda övladlarınız problemlə üzləşəcək”. 

Bir sözlə, hər yerdə təhdidlərə əl atmaqla seçki məntəqələrində kütləvi iştirak görüntüsü yaratmaq istəyirlər. İlham Əliyev hesab edir ki, bununla seçkiləri müşahidə edən dünya ölkələrini aldadacaq. İnsanları səs verməyə məcbur etdirir. Amma sonda topa bülletenlər və karusel əməliyyatları ilə özünü prezident elan edir. Belə bir lider kimə lazımdır?

Rəsul Ə.




Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...