Skip to main content

AXCP fəallarına qarşı bütün istiqamətlərdə hücumlar həyata keçirilir

İlham Əliyev rejiminin adam oğurluğu, kütləvi həbsləri, qanunsuz və absurd hücumları davam edir. İndi Azərbaycanda rejim çox sərt, qəddar və amansız olub. Bu onu göstərir ki, İlham Əliyev və onun quldurları öz gələcəklərinə əmin deyillər, qorxurlar. Hamını susdurmağa qərar veriblər. Bu şəkildə özlərini qorumağa çalışırlar.

Jurnalistlərin kütləvi həbsindən sonra İlham Əliyev indi yenidən Azərbaycan Xalq Partiyasının üzvlərinin həbsi istiqamətində işlərə başlayıb. AXCP fəallarına qarşı bütün istiqamətlərdə hücumlar həyata keçirilib. 

AXCP Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadə  mülki geyimli və maskalı 4 nəfər tərəfindən vəhşicəsinə həbs edilərək naməlum istiqamətə aparılıb. Sahib Məmmədzadə qaçırılan zaman bacısı onunla birlikdə maşında olub. Sahib bəyin həbsini telefonuna yazdırmaq istəyən bacısının başına zərbələr endirilib, qolu burulub, telefonu əlindən alınıb.

Cəbhəçi Saleh Rüstəmli əqidə yoldaşlarına maddi yardım göstərməkdə təqsirləndirilərək azadlıqdan məhrum edilib, 4 ildən artıq siyasi məhbus həyatı yaşayıb, onun və yaxın qohumlarının əmlakı qanunsuz olaraq müsadirə edilib. Hətda, hökumət Saleh Rüstəmlinin qardaşının 10 il əvvəl başqasına satdığı evi müsadirə etmək qərarına gəlib və bu onu göstərir ki, bu qəzəb səngiməyib. 

Dövlət ittihamçısı, şərlənərək həbs olunmuş AXCP funksioneri Elxan Əliyevin həbs edilərək 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Gənc cəbhəçi Niyaməddin Əhmədovu “terrorçuluğu maliyyələşdirmək” ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edən rejim ondan  həbsxanada belə əl çəkməyib. 

Tanınmış şahmat müəllimi, AXCP funksioneri, hakimiyyət tərəfindən narkotik maddə ilə şərlənən Şahin Hacı həbsxanada əlavə və qeyri-qanuni cəzalara məruz qalır. Cənab Şahin pencəyinin arxasına “Mən günahsızam” yazdığına görə 15 gün müddətinə karsa salınmışdı.

AXCP üzvləri hal hazırda rejimin ədalətsiz və qəddar təsiri altındadır. Kim danışırsa, o rejimin ən böyük düşməninə çevrilir. Azərbaycandakı tək adam hakimiyyəti artıq qorxusundan hansı addımı atacağını bilmir. Belə qanunsuz əməlləri ilə başqalarını qorxudacaqlarını düşünür. Amma daha çox insana rejimin artıq zəiflədiyini görməyə vadar edirlər. Tarix, indiki və gələcək nəsillər onları unutmayacaq. Onlar xalq və tarix qarşısında öz məsuliyyətlərini daşıyacaqlar. Azərbaycanda siyasi məhbusların sayı 288 nəfərə çatıb. Ölkəmiz dünyanın ən qeyri-demokratik və repressiv ölkələrindən birinə çevrilib. Biz hamımız bütün siyasi məhbusların azad edilməsini tələb etməliyik!

Rəsul Ə.








Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...