Ata və oğul Əliyevlərin cəsur tənqidçini öldürməsindən 19 il ötür.
19 il əvvəl, martın 2-də Azərbaycanın böyük jurnalisti və publisisti Elmar Hüseynov hökumət tərəfindən evinin girişində qətlə yetirilib. Elmar Hüseynov ölkədə antidemokratik rejimin ardıcıl və prinsipial tənqidçisi kimi tanınırdı.
"Monitor" jurnalının baş redaktoru 2 mart 2005-ci ildə evinin girişində odlu silahla öldürüldü. Bu cinayəti törədən şəxslər hələ də məsuliyyətə cəlb olunmayıblar.
“Kaş ki onunla birlikdə, qurduğu sistem də yox olaydı. Heydər irsi Azərbaycan üçün bir lənətdir. Ölkə ictimai inkişaf üçün gərəkli bütün normal dayaqlardan məhrum olub ”.
Bu sözləri mərhum jurnalist Elmar Hüseynov məqalələrinin birində deyib.
Rəsul Ə.
Comments
Post a Comment