Skip to main content

Ələsgər Məmmədli və Ruslan İzzətli 4 ay müddətinə azadlıqdan məhrum ediliblər




Martın 9-da Bakının Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının təsisçi üzvü Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Və rejimin günahsız insanları necə haqsız yerə həbs etdiyini bir daha şahidi oluruq.

Vəkil Aqil Layicın sözlərinə görə, Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur. Vəkil Ələsgər Məmmədlinin səhhətində problem olduğunu bildirib. Baxmayaraq ki, tibbi göstərişlərə əsasən Ələsgər bəy təcili əməliyyat olunmalıdır, bədənin üç hissəsində şişlər var, onun səhhəti normal deyil və nəfəs almaqda çətinlik çəkir, amma o yenədə həbs olunur.

Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Ələsgər Məmmədli və Ruslan İzzətli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Aqil Layic bildirib ki, Ələsgər Məmmədli məhkəmədə çıxış edərək həbsini elmi və ictimai fəaliyyəti ilə əlaqələndirib.

Ələsgər Məmmədlinin yaxınlarının verdiyi məlumata görə, onun evində axtarış zamanı 60 min avro aşkar edilib.

Qeyd edək ki, Ələsgər Məmmədli və Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Azərbaycanın qanuna tabe olmayan və korrupsioner hakimiyyəti öz çirkin əməllərini bir daha sübut etdi. İlham Əliyev andiçmə mərasimində “yeni dövr” elan etdi. Görünür, elan edilmiş “yeni dövr” sonsuz həbslər və ölkənin Şimali Koreyalaşması dövrüdür.

Biz xalq olaraq bir araya gəlməli, etiraz etməli və bu totalitarizmə keçid siyasətini dayandırmalıyıq.

Rəsul Ə.



 

Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.
  Müasir Azərbaycanın bütün faciəsi onun sovet modelinə uyğun qurulmasındadır. Ölkədəki “demokratik hökumət”in bütün bəzəkləri Madam Tüsso Londondakı mum fiqurlara bənzəyir: onlar orijinalın dəqiq surətləridir, lakin istisnasız olaraq hamısı susur. Eyni şey Azərbaycan dövlətində formal olaraq mövcud olan bütün “demokratik” hakimiyyət institutlarında da baş verir. Rəsul Ə.