Skip to main content

Posts

Showing posts from April, 2024

Azərbaycan xalqın rifahı, inkişafı üçün olacaq

Azərbaycanda son aylar baş verən hadisələr göstərir ki, artıq hər şey gərginlik həddinə çatıb.  Burada iki şey baş verəcək. Ya saxta, korrupsioner, qanunlara tabe olmayan İlham Əliyev rejimi repressiya yolu ilə xalqı məhv edəcək. Ya da kritik həddə çatdığımız bir vaxtda xalq bu rejimi məhv edəcək.  Çünki, necə deyərlər, bıçaq artıq sümüyə dirənib. Xalqı qorxutsalarda, öz haqqını tələb edən, Azərbaycanın real gələcəyi olan savadlı gəncləri həbs edib məhv etsələrdə, xalqın daha səbri qalmayıbdır. İlham Əliyev bunu başa düşür. Ona görə də insanlara qarşı daha sərt və qəddar olur. Ona görə də insanlar bu qədər repressiyaya məruz qalırlar. Ona görə də Azərbaycan hakimiyyəti bütün gücü ilə çalışır ki, dünyaya sübut etsin ki, bizdə güya demokratiya var. Amma hər şey boşdur. Bu günlər bitəcək və insanlar əsl azadlığa qovuşacaqlar. Əliyev imperiyası onsuz da dağılacaq. Bu vəhşiliklərə son qoyulacaq. 289 siyasi məhbus və digər repressiya qurbanları azadlığa buraxılacaq. Azərbaycan xalqı...

Diktatura rejimi indi də Tofiq bəyin həbs müddətini uzatmaq istəyir

Azərbaycanda mübarizlik simvolu kimi tanınan, mərd və mübariz vətən oğlu Tofiq Yaqublu heç bir səbəb göstərilmədən 4 aydır həbs edilib. O, cinayət törətdiyinə görə deyil, hakimiyyətdə olan insanlardan fərqli olaraq, vicdanlı, düz danışan, millətin, xalqın mənafeyini Əliyev rejimindən qoruduğuna görə həbs olunub.  4 aydır heç bir araşdırma aparılmayıb və diktatura rejimi indi də Tofiq bəyin həbs müddətini uzatmaq istəyir.  Tofiq Yaqublu Əliyev rejiminin açıq tənqidçisi olduğu üçün ömrünün çox hissəsini son 25 ildə həbsdə keçirib. Tofiq Yaqublu və digər siyasi məhbuslar rejim repressiyalarından çox əziyyət çəkirlər. Ölkə daxilində ardıcıl həbslər davam edir. Təəssüflər olsun ki, Tofiq bəy hələ də həbsdədir, çünki Azərbaycanda qanunu və ədaləti qorumağa hesablanmış qanuni orqanlar yalan istehsalı üçün konveyerə çevriliblər. Ötən 25 ildə hakimiyyət Tofiq bəyi uydurma, saxta, ssenari əsasında o qədər həbs edib ki, indi onun adı təkcə ölkədə deyil, xaricdə də çox yaxşı tanınır. Tofi...