Azərbaycanda son aylar baş verən hadisələr göstərir ki, artıq hər şey gərginlik həddinə çatıb.
Burada iki şey baş verəcək. Ya saxta, korrupsioner, qanunlara tabe olmayan İlham Əliyev rejimi repressiya yolu ilə xalqı məhv edəcək. Ya da kritik həddə çatdığımız bir vaxtda xalq bu rejimi məhv edəcək.
Çünki, necə deyərlər, bıçaq artıq sümüyə dirənib. Xalqı qorxutsalarda, öz haqqını tələb edən, Azərbaycanın real gələcəyi olan savadlı gəncləri həbs edib məhv etsələrdə, xalqın daha səbri qalmayıbdır.
İlham Əliyev bunu başa düşür. Ona görə də insanlara qarşı daha sərt və qəddar olur. Ona görə də insanlar bu qədər repressiyaya məruz qalırlar. Ona görə də Azərbaycan hakimiyyəti bütün gücü ilə çalışır ki, dünyaya sübut etsin ki, bizdə güya demokratiya var. Amma hər şey boşdur.
Bu günlər bitəcək və insanlar əsl azadlığa qovuşacaqlar. Əliyev imperiyası onsuz da dağılacaq. Bu vəhşiliklərə son qoyulacaq. 289 siyasi məhbus və digər repressiya qurbanları azadlığa buraxılacaq. Azərbaycan xalqın rifahı, inkişafı üçün olacaq, qan içən, özbaşına məmurlar üçün yox.
Əliyevlərsiz Azərbaycan uğrunda mübarizə aparaq.
Rəsul Ə.
Comments
Post a Comment