Skip to main content

Diktatura rejimi indi də Tofiq bəyin həbs müddətini uzatmaq istəyir




Azərbaycanda mübarizlik simvolu kimi tanınan, mərd və mübariz vətən oğlu Tofiq Yaqublu heç bir səbəb göstərilmədən 4 aydır həbs edilib. O, cinayət törətdiyinə görə deyil, hakimiyyətdə olan insanlardan fərqli olaraq, vicdanlı, düz danışan, millətin, xalqın mənafeyini Əliyev rejimindən qoruduğuna görə həbs olunub. 

4 aydır heç bir araşdırma aparılmayıb və diktatura rejimi indi də Tofiq bəyin həbs müddətini uzatmaq istəyir. 

Tofiq Yaqublu Əliyev rejiminin açıq tənqidçisi olduğu üçün ömrünün çox hissəsini son 25 ildə həbsdə keçirib. Tofiq Yaqublu və digər siyasi məhbuslar rejim repressiyalarından çox əziyyət çəkirlər. Ölkə daxilində ardıcıl həbslər davam edir. Təəssüflər olsun ki, Tofiq bəy hələ də həbsdədir, çünki Azərbaycanda qanunu və ədaləti qorumağa hesablanmış qanuni orqanlar yalan istehsalı üçün konveyerə çevriliblər. Ötən 25 ildə hakimiyyət Tofiq bəyi uydurma, saxta, ssenari əsasında o qədər həbs edib ki, indi onun adı təkcə ölkədə deyil, xaricdə də çox yaxşı tanınır. Tofiq müəllimin azadlığını tələb edən tək biz deyilik, bütün sivil dünya hüquq və azadlıqları müdafiə edən qurumlar və fərdlərdir.

T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etmə, rəsmi sənədləri, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma maddələri ilə 4 ay əvvəl həbs edilib. Kim Əliyev rejimini hansısa ittihamla tənqid edirsə, ölkə başçısı bu tənqidçiləri elə bu maddə ilə həbs etdirir. 

İlham Əliyev günahsız insanlara böhtan atmaqda, rəqabət apara bilmədiyi insanların əl-qolunu qandallamaqda çox mahirdir. Biz bunun həmişə şahidi olmuşuq. Tofiq bəyin, mübariz bir insan olduğunu görən rüşvətxor məmurlara himayədarlıq edən rejim başçıları da onun mübariz, igid olduğunu görüb, yenidən onu şərləyib həbs etdilər. Çünki vicdanlı, prinsipial insanlar İlham Əliyev rejiminin düşmənləridir. Tofiq Yaqublunu tanıyan hər kəs bilir ki, o, cinayətkar deyil. Gəlin susmayaq. Tofiq bəyə və bütün siyasi məhbuslara azadlıq tələb edək.

Rəsul Ə.


 

Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...