Skip to main content

Bəylər Eyyubovun 160 milyon dollar dəyərində daşınmaz əmlakı üzə çıxarılıb

OCCRP və tərəfdaş medialar tərəfindən aparılan yeni araşdırma Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri Bəylər Eyyubovun London və Dubayda aldığı 160 milyon dollar dəyərində daşınmaz əmlakı üzə çıxarıb. 

Jurnalistlərin araşdırmaları göstərir ki, Bəylər Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova və qızı Elvira Eyyubovanın Londonun şimalındakı küçələrindən birində üç dəbdəbəli malikanə və milyonlarla dollarlıq digər mülkləri var. Bundan əlavə, Elvira Eyubovanın şəhər mərkəzinə yaxın iki penthaus və lüks mənzili var. Onun Kenterberidə, digəri isə dənizkənarı Dorset şəhərində bir mənzili var. 

Sızan sənədlər göstərir ki, Eyubov və ailəsinin Dubayda da villaları və ofisi var. Dubayda yerləşən 10-dan çox mülk Bəylər Eyyubovun özünə, həyat yoldaşı Zöhrə Sultanovaya və qızı Elvira Eyyubova da daxil olmaqla üç övladına məxsusdur. Onların əksəriyyəti palma ağacı şəklində tikilmiş “Palm Jumeirah” süni adasının müxtəlif “budaqlarında” yerləşən villalardır. 

Eyubovlar ailəsinin İngiltərədəki bu aktivlərə 2007-2018-ci illər arasında gizli ofşor şirkətlər vasitəsilə sahib olduğu bildirilir. Bundan əlavə, Eyubovun həyat yoldaşının iki biznesdə  payı var. Bu, Londonda yerləşən kafe və Gürcüstanın kurort şəhəri Batumidə yerləşən 4 ulduzlu oteldir. Amma bu müəssisələr 2014-cü ilə qədər fəaliyyət göstərmirdi, yəni ailənin əldə etdiyi əmlakın maliyyə mənbəyini bu müəssisələrdən gələn gəlirlə izah etmək olmaz. 

Bir sözlə, bu qədər üzə çıxan faktlara baxmayaraq, Azərbaycanın hüquq-mühafizə sistemi susur. Lakin ölkədə bir çox siyasi fəallar pulla bağlı müxtəlif cinayət məcəllələri ilə ittiham olunur və həbs edilir. Bir sözlə, Azərbaycanda baş verən bütün bu qanunsuzluqlara etiraz edən, haqq-hüquq tələb edən şəxslər, ölkənin sərvətlərini talayan, xalqdan oğurlanan milyardlarla vəsaiti xarici ölkələrə ixrac edən İlham Əliyev və onun quldur dəstəsi tərəfindən şərlənir, cəzalandırılır. Azərbaycanda  çox ədalətsiz və dəhşətli bir dövr yaşanır hal hazırda. Bütün siyasi məhbuslara azadlıq istəyirik!

Rəsul Ə.





Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.
  Müasir Azərbaycanın bütün faciəsi onun sovet modelinə uyğun qurulmasındadır. Ölkədəki “demokratik hökumət”in bütün bəzəkləri Madam Tüsso Londondakı mum fiqurlara bənzəyir: onlar orijinalın dəqiq surətləridir, lakin istisnasız olaraq hamısı susur. Eyni şey Azərbaycan dövlətində formal olaraq mövcud olan bütün “demokratik” hakimiyyət institutlarında da baş verir. Rəsul Ə.