Skip to main content

Rusiyanın əsarətinə düşmək istəmirik

Gürcüstanda Parlamentin “xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra minlərlə etirazçı küçələrə çıxıb və Gürcüstan vətəndaşları indi təkcə öz ölkələrinin deyil, bir çox cəhətdən bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün mübarizə aparırlar. Kremlin siyasi opponentləri və müxalifəti sıxışdırmaq üçün istifadə etdiyi Rusiyadakı oxşar qanunların Gürcüstan parlamentinə təsir etdiyi güman edilir. Eyni zamanda, Rusiya İlham Əliyevin Azərbaycanı Mərkəzi Asiyaya çevirmək istəyinə təkan verir. Amma biz gürcü xalqı kimi, öz Avropa seçimimizdə israrla durmalı və bütün regionun Avropa İttifaqına inteqrasiyasına çalışmalıyıq.

Gürcü xalqı hər fürsətdə göstərir ki, Gürcüstan heç vaxt Rusiyanın orbitinə qayıtmayacaq yenidən. Lakin İlham Əliyev öz hakimiyyətini saxlamaq üçün Rusiya imperiyasını bərpa etmək, avtoritar rejimləri əbədiləşdirmək istəyir. Xalq olaraq bizdə Gürcüstan vətəndaşları kimi, öz mövqeyimizi ortaya qoymalı və İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmalıyıq. Çünki biz yenidən Rusiyanın əsarətinə düşmək istəmirik. Çünki biz azadlıq istəyirik. Amma bu azadlıq İlham Əliyevlə əldə olunmayacaq.

Rəsul Ə.





Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...