Ömrünü xalqın azadlığa, ədalətə qaytarılmasına həsr etmiş Tofiq Yaqublunun həbsi bu gün də davam edir. Hakimiyyət namuslu insanı şərləməkdə davam edir. Həbsdə olan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işində əvvəlki iki məhkəmə iclasında foto və video çəkilişlərə icazə verilib, lakin artıq buna icazə verilmir. İyulun 26-da məhkəmə yolu ilə çəkilişlərə qadağa qoyulduğu məlum olub. Baxmayaraq ki, ölkədə ən ağır cinayətlər törətmiş şəxslərin məhkəmələrində belə bir qadağa qoyulmur. Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. O, dələduzluqda və saxta sənəddən istifadədə ittiham olunub. Siyasi fəala qarşı irəli sürülən ittihamlar 10 ilə qədər həbslə cəzalandırılır. Tofiq bəyin həbsi hakimiyyətin göstərişi ilə baş verib. Və məhkəmə prosesində səslənən ittihamlar, prosesin özünün mediadan mümkün qədər gizli saxlanması bunun təsdiqidir. Tofiq bəy hal-hazırda günahsız olsa da həbsdədir. Tofiq bəyi dördüncü dəfə bu hökumət həbs etdi. Rəsul Ə.