Skip to main content

Azərbaycanda milli mətbuatın günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür. 

Amma hamımız yaxşı bilirik ki, Heydər Əliyev hakimiyyətdə olandan Azərbaycanda mətbuat tədricən məhvə, sükuta doğru sürüklənib. 

Bu gün Milli Mətbuatın 149 yaşı tamam olur. Amma bu rejimin sifarişi ilə son 10 ildə bəlkə də bu rəqəmdən 2-3 dəfə daha çox jurnalist həbs edilib. Bu ölkədə azad mətbuatı azadlıq bahasına saxlamağa çalışan cəsur jurnalistlər çoxdur. Lakin bu cəsur jurnalistlərin çoxu indi həbsxanada siyasi məhbus kimi həyatla üz-üzədir. Hazırda 20-yə yaxın azərbaycanlı media işçisi həbsxanada “Milli Mətbuat Günü”nü qeyd edir. 

Bu gün təəsüf ki Azərbaycan, 100 faiz yalan və saxtakarlıq yayan,  dövlətə yaltaqlıq edən jurnalistlər ilə doludur. Azadlığı təbliğ edən, ölkədə baş verən qanunsuzluqlardan yazan, bəzən də ölkədə insanların gözünü açmaq üçün canlarını fəda edən jurnalistlər isə, hazırda İlham Əliyev rejimi tərəfindən repressiyaya məruz qalırlar. 

Ölkəmiz hazırda media azadlığına görə dünyada sonuncu yerdədir. Bu gün milli mətbuatın 149-cu ildönümü münasibəti ilə siyasi məhbus həyatı yaşayan jurnalistləri, mühacirətdə Azərbaycanın azad mətbuatını qoruyub saxlayan jurnalistləri, peşəsinə xəyanət etmədən jurnalistika ilə məşğul olan o azsaylı həqiqi jurnalistləri təbrik edirəm. Bir gün İlham Əliyev rejiminin olmayacağı ölkədə sərbəst yazmaq arzusu ilə.

Rəsul Ə.



Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...