Putinin Bakıdakı görüşündən sonra İlham Əliyev BRİCS təşkilatına üzv olmaq üçün namizədliyini irəli sürüb. Bu addımın niyə atıldığını anlamaq çətin deyil. İlham Əliyev bu addımı sadəcə olaraq Qərbin təzyiqlərini asanlıqla aradan qaldırmaq üçün atır. Müstəqil ekspertlərin fikrincə, BRİCS təşkilatı qeyri-demokratik ölkələrin ittifaqı hesab olunur. Ona görə də İlham Əliyev Qərb dövlətlərinin demokratiya məsələlərində təzyiqlərinə daha çox müqavimət göstərəcək. Çünki bəzi sanksiyalar tətbiq olunarsa, o, artıq Avropaya neft satmaq problemi ilə üzləşməyəcək. Çünki o, Çin və Asiya ölkələrinə neft sata biləcək. Rusiya BRİCS alyansının qurucu ölkələrindən biri olduğundan və hazırda İlham Əliyevin diktatura rejimini davam etdirməyə çalışdığından biz görürük ki, o, Rusiyanın xətti və təklifləri ilə yolunu davam etdirmək istəyir. Bəs qeyri-demokratik ölkələrin ittifaqı sayılan BRİCS-ə qoşulmaq Azərbaycan xalqına nə vəd edir? Əslində, İlham Əliyev adminstrasiyası hər bir istiqamətin iqti...