Skip to main content

Plakatları hazırlayan 3 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan hakimiyyəti repressiyaya o qədər öyrəşib ki, aksiya zamanı qaldırılan plakatları hazırlayan şəxsi həbs etməkdən belə çəkinməyib. 

Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyası zamanı qaldırdıqları plakatları hazırlayan Coşqun Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Coşqun Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Eldar İsmayılovun sədrliyi ilə keçirilən hökmə əsasən, Coşqun Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Coşqun Musayev 2023-cü ilin iyununda həbs edildikdən sonra ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi - satış məqsədi ilə narkotik vasitələri əldə etmə və ya saxlama ilə bağlı ittiham irəli sürülüb. Maraqlıdır ki, Coşqun Musayev plakatlara görə polis bölməsinə aparıldıqdan sonra onun üzərindən narkotik “tapılıb”. İttihama görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında onu ayın 22-də saat 10 radələrində metronun Nəriman Nərimanov stansiyasının yaxınlığında, Aşıq Molla Cümə küçəsində şübhəli şəxs qismində saxlayıblar. İttihama görə, o, şöbəyə gətirilib və ona baxış zamanı şalvarının cibindən 6,4 qram heroin aşkar edilib. 

1990-cı il təvəllüdlü Coşqun Musayev məhkəmədə bildirib ki, həbsinə səbəb Söyüdlü aksiyaları zamanı qaldırılan plakatları onun hazırlamasıdır. Ona görə də onu narkotiklə şərləyərək cəzalandırdılar. Coşqun Musayev bu zalım hakimiyyətin şərrinin qurbanı və 3 il həbsxanada işgəncələrə məruz qalacaq başqa bir şəxsdir. İlham Əliyev hökuməti həqiqəti deyən etirazçıları, hakimiyyətə qarşı öz hüquqlarını müdafiə edənləri amansızlıqla həbs etmək qərarına gəlib. Azərbaycan xalqı bu insanı dəstəkləməlidir. Bu gün yüzlərlə gənc bu qondarma ittihamlarla həbsxanada canlarını çürüdür. Biz bütün siyasi məhbuslara azadlıq tələb edirik.

Rəsul Ə.





Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.
  Müasir Azərbaycanın bütün faciəsi onun sovet modelinə uyğun qurulmasındadır. Ölkədəki “demokratik hökumət”in bütün bəzəkləri Madam Tüsso Londondakı mum fiqurlara bənzəyir: onlar orijinalın dəqiq surətləridir, lakin istisnasız olaraq hamısı susur. Eyni şey Azərbaycan dövlətində formal olaraq mövcud olan bütün “demokratik” hakimiyyət institutlarında da baş verir. Rəsul Ə.