Skip to main content

Posts

Showing posts from February, 2025

Turan İnformasiya Agentliyi və hökumətin təzyiqi

 İlham Əliyev başda olmaqla Azərbaycanın indiki hakimiyyəti Turan İnformasiya Agentliyini hələ 2017-ci ildə, təsisçisi Mehman Əliyevi həbs edərək bağlamağı planlaşdırırdı. Lakin o zaman beynəlxalq təzyiqlər səbəbindən bu mümkün olmamış, hətta ABŞ Konqresində Əliyevlərə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılmışdı. Bu, İlham Əliyevi qorxuya saldı, nəticədə Mehman Əliyev azadlığa buraxıldı və “Turan” İnformasiya Agentliyinin inzibati bağlanması ləğv edildi.  Lakin sonrakı illərdə elə şərait yaradıldı ki hakimiyyət tərəfindən, qurum  fəaliyyətini davam etdirə bilmədi və formal olaraq bağlanmağa məcbur oldu. Əslində isə bu, Əliyev hakimiyyətinin mətbuata qarşı repressiya siyasətinin növbəti qurbanı idi. Hakimiyyət azad medianı təkcə siyasi həbslərlə deyil, həm də maliyyə imkanlarından məhrum etməklə sıxışdırırdı ki, onlar inkişaf etməsin, ölkədə baş verən qanunsuzluqlar barədə dünyaya xəbər verməsinlər. "Turan" da illərlə davam edən təzyiq və təcridi...

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.