Skip to main content

Turan İnformasiya Agentliyi və hökumətin təzyiqi

 İlham Əliyev başda olmaqla Azərbaycanın indiki hakimiyyəti Turan İnformasiya Agentliyini hələ 2017-ci ildə, təsisçisi Mehman Əliyevi həbs edərək bağlamağı planlaşdırırdı. Lakin o zaman beynəlxalq təzyiqlər səbəbindən bu mümkün olmamış, hətta ABŞ Konqresində Əliyevlərə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılmışdı. Bu, İlham Əliyevi qorxuya saldı, nəticədə Mehman Əliyev azadlığa buraxıldı və “Turan” İnformasiya Agentliyinin inzibati bağlanması ləğv edildi. 

Lakin sonrakı illərdə elə şərait yaradıldı ki hakimiyyət tərəfindən, qurum  fəaliyyətini davam etdirə bilmədi və formal olaraq bağlanmağa məcbur oldu. Əslində isə bu, Əliyev hakimiyyətinin mətbuata qarşı repressiya siyasətinin növbəti qurbanı idi. Hakimiyyət azad medianı təkcə siyasi həbslərlə deyil, həm də maliyyə imkanlarından məhrum etməklə sıxışdırırdı ki, onlar inkişaf etməsin, ölkədə baş verən qanunsuzluqlar barədə dünyaya xəbər verməsinlər. "Turan" da illərlə davam edən təzyiq və təcridin nəticəsində maliyyə imkanlarını itirərək bağlanmağa məcbur oldu.

Azərbaycanda azad mətbuatın olmaması Turan-ın daxili auditoriyasını məhdudlaşdırsa da, agentlik beynəlxalq ictimaiyyət üçün ölkədəki real vəziyyətə pəncərə rolunu oynayırdı. Onun bağlanması təkcə bir media qurumunun itirilməsi deyil, müstəqil jurnalistikanın son qalasının süqutu deməkdir.

Bu gün İlham Əliyevə görə Azərbaycanda müstəqil televiziya, radio, qəzet, sayt, xəbər agentliyi demək olar ki, yoxdur. Siyasi məhbusların sayı hər gün artır. Xalq bu repressiyalardan bezib.

Rəsul Ə.




Comments

Popular posts from this blog

Demokratiya

Azərbaycan indi demokratiya baxımından qonşularından geri qalır. Biz ancaq İranla mübahisə edə bilərik, qalanları irəlidədir. Bu bir faktdır, burada demək olmaz ki, indiki mərhələdə şərait bu cür inkişaf edib və bütün vətəndaşlarımız bunda müxtəlif dərəcədə, ictimai-siyasi əhəmiyyəti ölçüsündə günahkardır.  Rəsul Ə.

Siyasi Məhbusların Yenilənmiş Siyahısı

 Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Bu dəfə siyahıya 357 nəfərin adı daxil edilib ki, bu da 2024-cü il dekabrın 12-də təqdim olunan əvvəlki siyahı ilə müqayisədə 26 nəfər çoxdur. Siyahıya jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, eləcə də İmişlidəki iğtişaşlar zamanı həbs edilən 13 nəfər və digər şəxslər daxildir. Yeni siyahı ümumilikdə 12 kateqoriyadan ibarətdir: Jurnalistlər və blogerlər – 27 nəfər Hüquq müdafiəçiləri – 4 nəfər Müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 32 nəfər Milli azlıqların fəalları – 4 nəfər Müharibə əleyhinə fəallar – 2 nəfər “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər Dindarlar – 235 nəfər “Tərtər işi” üzrə məhkumlar – 8 nəfər “Gəncə işi” üzrə məhkumlar – 13 nəfər Ömürlük həbs cəzası almış şəxslər – 11 nəfər “İmişli işi” üzrə həbs olunanlar – 13 nəfər Rəsul Ə.

Rejim Ülvi Həsənlidən qisas alır

Hamımızın gözü qarşısında, rejim açıq-aşkar Ülvi Həsənlidən qisas alır. Onu qanunsuz şəkildə Bakıdan xeyli uzaqda yerləşən, 3 yaşlı övladı ilə görüşmək imkanını əlindən alan Umbakı istintaq təcridxanasına köçürməklə faktiki olaraq ailəsindən təcrid ediblər. Bu, təkcə bir insanın hüquqlarının pozulması deyil — bu, ölkədə hökm sürən avtoritar idarəetmənin bütün çılpaqlığı ilə üzə çıxmasıdır. Ülvi bəy də bu ədalətsizliyə etiraz olaraq 21 gündür ki, aclıq aksiyası keçirir. Amma onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirmək əvəzinə, fiziki olaraq onsuz da zəiflədiyi halda, cəzalandırıcı məqsədlə karsa salıblar. 40 dərəcə istidə, havalandırması olmayan, tibbi yardım və müayinədən məhrum bir kamerada saxlamaq — bu, sadəcə insanlığa qarşı rəftardır. Dövlət hakimiyyətini ələ keçirmiş qrup Ülvi Həsənlidən yalnız təsisçisi olduğu Abzas Medianın rejimin korrupsiya cinayətlərini üzə çıxardığı üçün deyil, həm də həbsdə olduğu halda belə Penitensiar Xidmətin işgəncə sistemini cəsarətlə...