Azərbaycanda polis özbaşınalığı artıq dözülməz həddə çatıb. Sual yaranır: bu şərəfsizliyə, bu qudurmuşluğa bir gün kimsə “dayan” deyəcək? Polis adını daşıyanların böyük bir hissəsi əslində xalqın düşməninə çevrilib. Onlar vətəndaşla insan kimi yox, it kimi davranır, hüququnu tapdalayır, təhqir edir, şiddət göstərir.
Paylaşılan səs yazısı isə bir daha təsdiqləyir ki, bu ölkədə demokratiya deyilən anlayış çoxdan ölüb. Polisin “sənin hüququn var?” ifadəsi açıq etirafdır: Azərbaycanda vətəndaşın hüququ yoxdur. Bu, təsadüfi bir hal deyil – bu, sistemin təməlidir.
O polis qazi anası ilə elə bir tərzdə danışır ki, insanın qanı donur. Ay vicdansız, ay şərəfsiz! Sən kimsən ki, bir qadınla – həm də qazi anası ilə – belə rəftar edirsən? Sənə bu haqqı kim verib? Başında duran Vilayət Eyvazovmu? Yoxsa sizin ən böyük başçınız, bütün bu quldurluq rejiminin memarı İlham Əliyev?
Bu, ilk deyil. Bu, son da olmayacaq. Çünki Azərbaycanda polis heç vaxt cəzalandırılmır. Burada hüquq işləmir, burada qanun yoxdur. Burada yalnız meşə qanunları var. Və o meşənin ən böyük yırtıcısı İlham Əliyevin özüdür.
Bu ölkədə vətəndaşın haqqı tapdalanır, insan ləyaqəti ayaq altına atılır. Polis, hökumət, prezident – fərqi yoxdur. Onların hamısı xalqı kölə kimi görür. Azərbaycan vətəndaşını adam yerinə qoymurlar. Ölkəni şəxsi malı, özlərinin “bostanı” bilirlər və istədikləri kimi at oynadırlar.
Amma xalq susduqca, onlar daha da qudururlar. Bir gün bu zülmün qarşısı alınacaq – və o gün həm bu şərəfsiz polis ordusu, həm də onların quldur başçıları tarixin zibilliyinə atılacaq.
Rəsul Ə.
Comments
Post a Comment