Azərbaycanda neçə-neçə gəncin həyati sönüb və məhv edilib heç bilirsinizmi? Nə qədər gənc həqiqəti dediyinə görə işgəncələrə məruz qalıb, həbs olunub heç bilirsinizmi?
Azərbaycanda azadlıq, ədalət uğrunda mübarizə aparan hər bir gənc həbsxanaya düşür. Vicdanlı, savadlı gəncləri beləcə şərləyib həbs edirlər. Azad jurnalist fəaliyyətinə görə qınanan və həbs olunanlardan biri də Əhməd Məmmədlidir.
O, həqiqəti dediyinə, dövlətin daxili murdar vəziyyətini ortaya qoyduğuna görə, həyatı məhv olunmağa tərəf gedən gənclərdən biridir. Hətda Əhməd Məmmədlinin astma və göz xəstəliklərinin olması ilə bağlı rəsmi həkim arayışıda var. Amma o, hələ də həbsdədir.
Yaxınları onun heç olmasa ev dustaqlığına buraxılmasını istəyir. Axı niyə bu gənc həbsxanadadır? Niyə ailəsi onun ev dustağı olmasını, istəyəcək qədər çarəsizdirlər?
Çünki onlar da dövlətin daxili vəziyyətini bilirlər. Əhməd Məmmədlinin məhkəməsi oktyabrın 30-da saat 11:00-da olacaq. Ümid edirik ki, o, azadlığa çıxacaq və ailəsinə qovuşacaq. Əhmədə azadlıq! Əhməddən nümunə götürərək haqsız yerə ədalətsizliyə, şər-böhtana məruz qalan bütün gənclərimizə azadlıq!
Rəsul Ə.
Comments
Post a Comment