Skip to main content

Posts

Showing posts from August, 2023

Azərbaycanın quru sərhədləri hələ də bağlıdır

Şimali Koreya da quru sərhədlərini açıb, lakin Azərbaycanın quru sərhədləri hələ də bağlıdır. Pandemiya səbəbindən quru sərhədlərini bağlı saxlayan iki ölkə var idi, Azərbaycan və Şimali Koreya. Bu gündən Şimali Koreya da xaricdə yaşayan vətəndaşları üçün quru sərhədlərini açdığını açıqlayıb. Amma Azərbaycan 3 ildən artıqdır ki, quru sərhədlərini bağlı saxlayır. Bu barədə vətəndaşlara heç bir rəsmi məlumat verilmir. Rəsul Ə.  

Drezden Texnologiya Universitetinin rektoru da Qubad İbadoğlunun azad edilməsini istəyib

Rektor Ursula Staudinger prezident İlham Əliyevə məktub yazıb və onu İbadoğlunu dərhal azad etməyə çağırıb. Qubad İbadoğlunun azadlığa buraxılması kampaniyasına Drezden Texnologiya Universitetinin rektoru da qoşulub. O bildirib ki, dünya şöhrətli iqtisadçı professor Qubad İbadoğlunu həm parlaq mütəfəkkir, həm də səmimi, vicdanlı bir insan kimi tanıyır: “Həmkarımıza qarşı irəli sürülən ittihamları qəbuledilməz hesab edirik”. Xanım Ursula Prezident İlham Əliyevi akademik azadlıqlara və insan hüquqlarına hörmət etməyə çağırıb: “Xahiş edirəm, Qubad İbadoğlunun tibbi yardım almasını və onun cinayət işinə yenidən baxılmasını təmin etməklə Azərbaycan Respublikasının insan hüquqlarına hörmət etdiyini göstərin”. Universitet belə bir alimi dəvət etdiyi üçün özünü xoşbəxt sayır. Professor İbadoğlunun bu ilin oktyabr ayından etibarən Drezden Universitetində elmi tədqiqatlara başlaması planlaşdırılırdı. Rəsul Ə.

BMT İnsan Hüquqları Ofisi də Qubad İbadoğlunu azad etməyə çağırdı

Bu gün artıq BMT İnsan Hüquqları Ofisi də Qubad İbadoğlunu azad etməyə çağırdı.  “Həbsdə olan müxalifətçi və alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlərdən çox narahatıq. Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə və qayğı ilə təmin olunmasına çağırırıq” - deyə, bəyanatda bildirilir.  İlham Əliyev beynəlxalq ictimaiyyətin belə reaksiyasını gözləmirdi.  Xatırlatma İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edib. Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay Londonda mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə qeyri-qanuni yolla qazandıqları vəsaitləri bu fonda köçürməyə və gənclərin təhsilinə yönəltməyə çağırıb. Çoxsaylı yerli v...

Jurnalist Cəmil Məmmədli RƏSMƏN MÜHAKİMƏ OLUNUR

  Jurnalist Cəmil Məmmədli saxta ittihamlarla həbs etmək istəyirlər. Qubada yaşayan jurnalist Cəmil Məmmədli həyəcan təbili çalır! Cəmil Məmmədli 20 ilə yaxındır ki, müstəqil jurnalist kimi fəaliyyət göstərir. Məmur özbaşınalığını, qanunsuzluğunu Azərbaycanın gündəminə gətirib! Cəmil deyir ki, onu saxta ittihamlarla həbs etmək istəyirlər: "Məqsəd araşdırdığım səs-küylü qətl işinin açılmasının qarşısını almaqdır. Jurnalist fəaliyyətimə görə məni susdurmaq istəyirlər". Rəsul Ə.

Akif İslamzadə mükafatlandırılmayıb

Prezident İlham Əliyev aktyor Rasim Balayevi “İstiqlal” ordeni ilə təltif edib. 75 yaşını qeyd edən musiqiçi Akif İslamzadəyə isə heçnə verilməyib. Çünki musiqiçi Akif İslamzadə uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub, siyasətlə məşğul olub. 2005-ci ildə müxalifətdən namizəd kimi deputatlığa namizədliyini irəli sürüb, lakin seçilməyib. Daha sonra siyasətdən ayrılıb.  Bu, dahi sənətkar olsan belə, hakimiyyətə qarşı mövqedə olsan, həmişə unudulacağının göstəricisidir. Rəsul Ə.

Siyasi məhbus Samir Aşurovun həbsxanada səhhəti kəskin pisləşib

Siyasi məhbus Samir Aşurovun səhhətinin vəziyyəti kəskin pisləşib. Bu barədə Samir Aşurovun həyat yoldaşı məlumat verib. Samir diabet xəstəsidir. Həbsxanada şəkəri artıb və ayaqlarında yaralar əmələ gəlib.  Diabet xəstələrində ayaq xoralarının əmələ gəlməsi təhlükəlidir. Vaxtında düzgün müalicə edilməzsə, çürümə baş verəcəkdir. Eyni zamanda Samirin ürəyində problemlər yaranıb, nəbzi artıb. Almaniyadan deportasiya olunduqdan sonra saxta ittihamlarla həbs edilən Samir Aşurov Şüvəlan həbsxanasında saxlanılır. Rəsul Ə.

Tərtərdə hərbçilərə qarşı işgəncələrə dair məhkəmədə zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edən vəkil Solmaz Kazımovanın evində axtarış aparılıb

  Bildirilir ki, Tərtərdə əsgərlərə kütləvi işgəncə verilməsi ilə bağlı məhkəmədə zərərçəkmişin hüquqlarını müdafiə edən vəkil Solmaz Kazımovanın evində axtarış aparılıb, kompüter, telefon və bir sıra sənədlər götürülüb. Bu barədə Tərtər hadisələrində işgəncə nəticəsində dünyasını dəyişən Elçin Quliyevin anası Validə Əhmədova məlumat verib. Onun sözlərinə görə, avqustun 7-də saat 11-12 radələrində vəkilin Əhmədli qəsəbəsində yerləşən evinə mülki geyimli bir neçə şəxs gəlib. Həmin vaxt onun 11 yaşlı bacısı qızı Solmaz Kazımova ilə evdə olub. Evdə axtarış aparıb, lazım olan əşyaları götürüblər. Bundan əlavə, bu şəxslər vəkil də aparıblar. Validə Əhmədova deyir ki, Solmaz xanımın harada olması, niyə aparıldığı və barədə məlumat yoxdur. Validə Əhmədova əmindir ki, vəkilin evindəki axtarış da, aparılması da “Tərtər işi” ilə bağlıdır. Bu fikri əsaslandıran zərərçəkmişin sözlərinə görə, təxminən 15-20 gün əvvəl Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini, “Tərtər işi” üzrə istintaq...

Qubad İbadoğlunun dərmanları həbsxanaya buraxılmır!

 Həbs olunan Qubad İbadoğlunun qızı yazır: ”Londondakı həkimlər bildirir ki, nəinki dərmanların atılmaması, həmdə onların vaxtında atılmaması ürək, böyrək xəstəlikləri, insult və periferik arteriyaların daralmasına səbəb ola bilər. Qubad Ibadoğluya da dərmanları özündə saxlamağa izin vermirlər ki, 9 fərqli dərmanı gün ərzində dəfələrlə vaxtında ata bilməsin. Avqustun sonları getməyi planlaşdırdığı üçün, yeterincə dərman tədarükü belə görməyib. Hamısı da resptlə verilən dərmanlardı. Onsuz həbsin yeganə məqsədi adamı məhv etmək, sonuna çıxmaqdır.” Rəsul Ə.

Qubad İbadoğlu təqsirli bilinərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir

İbadoğlu beynəlxalq aləmdə tanınan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir.  İbadoğlu iyulun 23-də Bakıdan kənarda siyasi partiyasının gənc fəalları ilə görüşmək üçün maşınla gedərkən həbs edilib. Ertəsi gün ona 3 ay 26 gün həbs cəzası verilib və saxta pul hazırlamaq, əldə etmək və ya satmaqda ittiham olunub. İbadoğlunun günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir. O, ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. Rəsul Ə.

Azərbaycanda 204 siyasi məhbus var

İyulun 31-də "Azərbaycanın siyasi məhbuslarına azadlıq" İttifaqı 204 nəfərin daxil olduğu yenilənmiş siyahı dərc edib.  Siyahıya bu yaxınlarda saxta pul və qiymətli kağızların istehsalı, alınması və satışı ittihamı ilə həbs olunan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da daxil edilib. Siyahıdakı yeni şəxslərin əksəriyyəti aprel-iyul aylarında narkotik ticarəti ittihamı ilə həbs olunan dindar insanlardır.  2018-ci ilin noyabr ayından etibarən "Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqının Siyahısı sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edir. Ancaq Azərbaycanda siyasi məhbus sayılan şəxslərin vahid siyahısı yoxdur. Üstəlik, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olmasını qəbul etmirlər. Deyirlər ki, siyasi məhbus siyahılarında olanlar yalnız törətdikləri əmələ görə məsuliyyət daşıyanlardır. Rəsul Ə.